Duration 6:49

Neftçala kəndində gördüklərimiz - İlkin Həsənovun reportajı

91 203 watched
0
1.3 K
Published 19 Dec 2019

Neftçala rayonunun Xolqaraqaşlı kəndində bu ilki bələdiyyə seçkiləri sosial problemlərin fonunda keçirilir. Bu dəfəki seçkini isə digərlərindən fərqləndirən kənddə 17 illik bələdiyyə sədrinə və onun oğluna gənc qadın namizədin rəqib olmasıdır. Kənd icmasından bələlədiyyə üzvü olmaq istəyən başqa qadınlar olsa da, kənd sakinləri onların kimliyindən xəbərsizdirlər. Danışdığımız insanlar deyir ki, xaricdə təhsil almış, ənənəvi məmur obrazı olmayan bir qadının seçkiyə qatılması onlar üçün qeyri-adi haldır. Vəfa Nağı bu il bələdiyyə üzvü seçilmək üçün Xolqaraqaşlı kəndindəki 31 namizəddən biridir. Namizəd yeni olsa da, onu və ya digər namizədləri gözləyən problemlər köhnədir və üzun ilərdir ki, həllini gözləyir. Vəfa Nağı deyir ki, səlahiyyəti olsa, daha çox iş görə bilər. Kənd sakinləri deyirlər ki, ən əsas problemlərindən biri yolun olmamasıdır. Kənd sakinlərindən bəziləri isə yoldan başqa, digər sosial məsələlərin də olduğunu deyiblər. BBC News Azərbaycancaya kənd bələdiyyəsinin fəaliyyətsizliyindən şikayətlənən əhali sədrin şəxsi məqsədlərini güddüyünü deyib. Amma bələdiyyə sədrinin fəaliyyətini müdafiə edənlər də az deyil. Elə kəndin bələdiyyə sədri “Əlibala Səlimovun” adını daşıyan məscidin təsərrüfat müdiri deyi ki, məscidin bütün fəaliyyəti Əlibala Səlimovdan asılıdır. Kənd sakinlərinin ittihamlarını qəbu etməyən 17 illik bələdiyyə sədri deyir ki, onun seçkiyə qatılmaq üçün hüquq var. Bələdiyyə sədrinin sözlərinə görə, oğlu Özal Səlimov da seçkidə ona rəqib olacaq, ancaq ikisindən biri seçilə bilər. O, ailəsindən başqa kiminsə və qohumlarının seçkiyə qatılması iddialarının əsasız olduğunu deyib. Kəndin örüş yerlərinə gəlincə isə, Əlibala Səlimov onları heç kimə icarəyə vermədiyini deyib. Onun sözlərinə görə, bələdiyyənin büdcəsinə ildə 7-8 min manat vəsait daxil olur ki, onu da kənd arası yollara, şəhid məzarının hazırlanmasına və sosial müdafiə fonduna ödənişlərə sərf edib. Bələdiyyə sədri deyir ki, o və digər bələdiyyə üzvləri vəzifə maaşı almırlar, buna vəsait çatmır. Ancaq Əlibala Səlimov iddia edir ki, o fermer təsərrüfatından qazandığı vəsaiti hesabına məscid tikdirib və ona öz adını verdirib. O bildirib ki, sakinlərin pay torpağından 58 hektar icarəyə götürüb və öz yaratdığı "Muğan-2017" fermenr təsərrüfatını idarə edir. Bələdiyyə sədri kimi səlahiyyət sahibi olmasını və eyni zamanda həmin ərazidə sahibkar kimi şalışmasını isə ziddiyyətli hesab etmir. Əlibala Səlimov bələdiyyənin balansında olan torpaqları icarəyə verdiyini və ondan gələn gəlirin cari işlərə xərcləndiyini deyib. BBC Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. http://bbc.co.uk/azeri Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın: Facebook: https://facebook.com/BBCAzeri Twitter: https://twitter.com/BBCAzeri Instagram: https://instagram.com/bbcazeri/ WhatsApp-da "BBC" yaz göndər, xəbərlər telefonuna gəlsin: +44 7548 711235 Youtube səhifəmizdə olan digər videoları da izləyin. Dünyada bugün /playlist/PLdu98hnbX3aY5pGyXbValGjmazBoIlwOA Manata nə oldu? /playlist/PLdu98hnbX3aYowdSbRb_qKasWDm0GcoUM Qadınlar, sizin üçün /playlist/PLdu98hnbX3aYlIXy5upip2tqXH9Z4Ci4B Müsahibələr – Sizin səsiniz /playlist/PLdu98hnbX3aZT88zv72VheQY9VOOVHRsx Azərbaycanlılar Britaniyada /playlist/PLdu98hnbX3aYZupyLAwWnlQepRQ8z0aMp LOL və ya “yaxşı xəbərlər” /playlist/PLdu98hnbX3aaoO6ZSGANHlNPIjzSHX3GT Niyə, nə üçün - izahedici videolar /playlist/PLdu98hnbX3abxrHhgfYvKTn0irhCXgKoj Qarabağ münaqişəsi /playlist/PLdu98hnbX3aaAHHg3ceYUv67CXmkoEeXi 26 sentyabr referendumu /playlist/PLdu98hnbX3aZ7sAVjIZ7CBabT_lQyZnyR Mənim Şəhərim /playlist/PLdu98hnbX3aZOmgE_LokrvqnWyepZVP-5 Birinci Dünya Müharibəsi: Səngərlərdən Kənarda /playlist/PLdu98hnbX3abO62oTQicjN0C9u0f_engm Sizin Sözlərinizlə /playlist/PLdu98hnbX3aaI3ecG6D2_a3rHCr8b1sCy Britaniyada tələbə olan azərbaycanlılar /playlist/PLdu98hnbX3abX-sg4MBS_M5BQ42ZnfvrD Azərbaycan da bu gün /playlist/PLdu98hnbX3aYv6oWYq4GEiKKc3TtDgYqL Bölgələrdən /playlist/PLdu98hnbX3abWdcIUBkq9QeBJt0IFXVqR Gənclər sizin üçün /playlist/PLdu98hnbX3aaaIRa0rLCqTiQU5JEFQBpR Sosial problemlər /playlist/PLdu98hnbX3aZMxdn1fzPAPqExwh8xKnM1

Category

Show more

Comments - 51